Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi qiymətləndirilib

Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi qiymətləndirilib Ötən il Azərbaycanda ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) prinsiplərinin tətbiq səviyyəsi 3,5 % olub.
Biznes
3 İyul , 2024 11:27
Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi qiymətləndirilib

Ötən il Azərbaycanda ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) prinsiplərinin tətbiq səviyyəsi 3,5 % olub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən "ESG sammiti: Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı" adlı tədbirdə deyib.

O bildirib ki, 2023-cü ildə peşəkar araşdırma şirkəti tərəfindən Azərbaycanda ESG-nin cari vəziyyətini göstərən ilk genişmiqyaslı sorğu aparılıb: "Sorğu müxtəlif sektorlar və bölgələr üzrə təxminən 300 respondenti əhatə edib. Sorğunun nəticələrinə əsasən Azərbaycanda ESG prinsiplərinin fərqindəlik səviyyəsi 7 %, təchizatçı seçiminə təsiri 2,5 %, bu prinsiplər üzrə hesabatlılıq 1,4 %-dir".

Orxan Məmmədov əlavə edib ki, sorğu ESG tətbiqinin ilkin ehtiyaclarını da müəyyən edir ki, bunlara detallı izahlar, əlavə bilik və bacarıqlar və insan resursları daxildir: "İkinci dərəcəli ehtiyaclar isə vergi güzəştləri, subsidiyalar, qanunvericilik dəyişiklikləri və güzəştli kreditlərdir. KOBİA ESG prinsiplərini bütün maraqlı tərəflər, o cümlədən bizneslər arasında təşviq etməyə davam edir".

KOBİA-nın sədri qeyd edib ki, ESG prinsipləri dayanıqlı inkişafı təmin etməyə, risklərə qarşı davamlılığı artırmağa, beynəlxalq maliyyə resurslarına və bazarlara çıxışı genişləndirməyə, ümumi biznes idarəetməsini optimallaşdırmağa kömək edir.

Son xəbərlər

Orphus sistemi