Azərbaycanda ən yaxşı işləyən taksi şirkəti hansıdır?

Azərbaycanda ən yaxşı işləyən taksi şirkəti hansıdır? Bu aydan “Report” İnformasiya Agentliyi (İA) daha bir yeniliyə imza atır
Biznes
4 Yanvar , 2021 13:58
Azərbaycanda ən yaxşı işləyən taksi şirkəti hansıdır?

Bu aydan “Report” İnformasiya Agentliyi (İA) daha bir yeniliyə imza atır.

Öz oxucularının report.az saytı vasitəsilə müxtəlif istiqamətlər üzrə rəylərini öyrənən “Report” İA bu ildən hər ay ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən şirkətləri müəyənləşdirəcək. Növbəti ayın əvvəlində (ilk günündə) sorğunun nəticələri elan olunacaq, “Report” oxucularının rəğbətini qazanmış şirkət mükafatlandırılacaq və bununla bağlı xəbər dərc olunacaq.

Yanvar ayında oxuculardan Azərbaycanda ən uğurla fəaliyyət göstərən taksi şirkəti ilə bağlı rəy soruşulur. Pandemiya dövründə taksi fəaliyyətinə tələbat artdığından hansı şirkətin öz işinin öhdəsindən daha yaxşı gəldiyini oxucular səsvermə ilə müəyyənləşdirə bilərlər.

Sorğu 31 yanvar saat 23:59-da bitəcək. Nəticələr fevralın 1-də elan olunacaq. Növbəti 10 gün ərzində qalib şirkət mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi