Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyətinin artırılması hədəflənir.
Biznes
30 May , 2024 11:47
Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyətinin artırılması hədəflənir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Bazar rəqabəti" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupu"nun iclasında bildirib.

Onun sözlərinə görə, bu çərçivədə müqavilələrə dair məlumatların elektron satınalma portalında sistem tərəfindən oxuna bilən formatda yayımlanması, eləcə də tenderlər üzrə təchizatçı və subpodratçıların məlumatların yayımlanması, elektron satınalma portalında eko-etiketlərə və ətraf mühit baxımından əlverişli məhsullara dair xüsusiyyətlər, standartlar və meyarların əlçatan olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi