Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % artaraq 6 milyard 882,7 milyon manat təşkil edib.
Biznes
17 Avqust , 2024 11:03
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % artaraq 6 milyard 882,7 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 5 milyard 165,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 469,7 milyon manatı dövlət, 5 milyard 413 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7 % və 7 % çoxdur.

7 ayda hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və yaxud 1 il əvvələ nisbətən 59,8 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi