Azərbaycanda Əfqanıstanın 11 şirkəti fəaliyyət göstərir - ƏLAVƏ OLUNUB

Azərbaycanda Əfqanıstanın 11 şirkəti fəaliyyət göstərir - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:42-də verilib
Biznes
123
16 İyul , 2019 12:03
Azərbaycanda Əfqanıstanın 11 şirkəti fəaliyyət göstərir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:42-də verilib

Bu gün Bakıda Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclası keçirilir.

“Report” xəbər verir ki, iclası giriş sözü ilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb.

O bildirib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir. Əfqan iş adamları indiyə qədər Azərbaycan iqtisadiyyatına 1,5 milyon ABŞ dolları məbləğində investisiya qoyublar.

“İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 37%, bu ilin yanvar-may aylarında isə 15% artıb. Bu günə qədər tərəflər 15 sənəd imzalayıblar”, - nazir müavini əlavə edib. 

***

İşçi qrupunun iclası başa çatıb və tərəflər protokol imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi