Azərbaycanda dövlət satınalmaları prosedurlarının sayı 32 % artıb

Azərbaycanda dövlət satınalmaları prosedurlarının sayı 32 % artıb 2021-ci ildə Azərbaycanda dövlət vəsaitləri hesabına 6 011 740 min manat məbləğində 12 129 satınalma proseduru keçirilib.
Biznes
24 Mart , 2022 10:48
Azərbaycanda dövlət satınalmaları prosedurlarının sayı 32 % artıb

2021-ci ildə Azərbaycanda dövlət vəsaitləri hesabına 6 011 740 min manat məbləğində 12 129 satınalma proseduru keçirilib.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, 2020-ci illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 555 470 min manat və yaxud 8,5 % azalıb, satınalma prosedurlarının sayı isə 2 926 vahid və yaxud 31,8 % artıb.

Hesabat dövründə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (2 994 549 min manat) müqayisədə 348 486 min manat və yaxud 11,6 % dövlət vəsaitinə qənaət edilib ki, bu da illik müqayisədə 43 007 min manat və yaxud 14,1 % çoxdur.

Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodlarının sayı və məbləği aşağıdakı kimi olub:

- Açıq tender metodu ilə 1 818 640 min manat məbləğində 3 072, o cümlədən 804 507 min manat məbləğində 2 970 elektron satınalma vasitəsilə açıq tender proseduru keçirilib. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş müsabiqələrin sayı 658 tender və yaxud 37,6 % artıb.

- Təkliflər sorğusu metodu ilə 725 521 min manat məbləğində 524 satınalma həyata keçirilib. Bu da 2020-ci illə müqayisədə 323 satınalma və yaxud 2,6 dəfə çoxdur.

- Kotirovka sorğusu metodu ilə 101 902 min manat məbləğində 5 039 satınalma həyata keçirilib. 2020-ci illə müqayisədə bu metodu tətbiq etməklə keçirilmiş satınalmaların sayı 122 satınalma və yaxud 2,4 % azalıb.

Son xəbərlər

Orphus sistemi