Azərbaycanda dövlət satınalmaları ilə bağlı qanun yenidən dəyişəcək

Azərbaycanda dövlət satınalmaları ilə bağlı qanun yenidən dəyişəcək “Dövlət satınalmaları rəqabət əsaslı olmalıdır”.
Biznes
23 Noyabr , 2021 16:06
Azərbaycanda dövlət satınalmaları ilə bağlı qanun yenidən dəyişəcək

“Dövlət satınalmaları rəqabət əsaslı olmalıdır”.

“Report”un xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

“Dövlət satınalmaları ilə bağlı xüsusi portal fəaliyyət göstərir. Hazırda onun üzərində təkmilləşdirmə işləri aparılır, dövlət və özəl qurumlar portala inteqrasiya edilir. Çalışacağıq ki, daha səmərəli satınalmaların həyata keçirilməsinə nail olaq. Bundan başqa, ölkə Prezidentinin tapşırığı ilə, beynəlxalq təcrübə nəzərə alınmaqla, dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanır. Hazırda sənədin müzakirəsi gedir və yəqin ki, yaxın zamanlarda təqdim ediləcək”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi