Azərbaycanda dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir

Azərbaycanda dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir Gələn ilin may ayında Azərbaycanda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclasının, bu iclas çərçivəsində isə dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir.
Biznes
18 Noyabr , 2022 10:57
Azərbaycanda dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir

Gələn ilin may ayında Azərbaycanda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclasının, bu iclas çərçivəsində isə dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir.

"Report" Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, bu təkliflərlə qurumun prezidenti Məmməd Musayevlə görüşdə Palatanın ölkədə səfərdə olan baş katibi Yusif Xələvi çıxış edib.

O, forum daxilində sərginin, eyni zamanda Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarına səfərlərin təşkil edilməsini də təklif edib. Baş katib hazırda sürətli quruculuq işləri aparılan Qarabağın kənd təsərrüfatı təyinatlı bölgələrinə səfərlərin investorlar üçün maraqlı ola biləcəyini qeyd edib.

Görüşdə Azərbaycan iqtisadiyyatının inkişafı, İslam ölkələrinə ixrac imkanları, ölkəmizin işğaldan azad edilmiş ərazilərində investisiya mühiti ilə bağlı müzakirələr aparılıb. M.Musayev Azərbaycanda kənd təsərrüfatı forumunun keçirilməsi ilə bağlı Palatanın təklifinə toxunub və təşkilatı məsələlər ilə bağlı fikirlərini bölüşüb.

Y.Xələvi Palatanın gələcək fəaliyyəti barədə də danışıb və Konfederasiyanın prezidentini gələn il Malaziyada keçiriləcək Beynəlxalq İslam Biznes Forumuna dəvət edib. O, forumun məqsədinin İslam ölkələrindən olan sahibkarları bir yerə toplamaq və onlar arasında əməkdaşlığı genişləndirmək dünyaya islam sahibkarlığının inkişafını nümayiş etdirmək olduğunu bildirib.

Görüşdə həmçinin hər il Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək sərgidə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzvü olan ölkələrin iş adamlarına da öz məhsullarını təqdim etmək imkanı barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi