Azərbaycanda daha bir səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanda daha bir səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq Söhbət “Bakıyoltexnikatəmir” ASC-dən gedir
Biznes
4 İyul , 2017 18:15
Azərbaycanda daha bir səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 4 iyul. REPORT.AZ/ Avqustun 15-də, saat 11:00-da “Bakıyoltexnikatəmir” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Albalı stansiyasında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ötənilki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, Müşahidə Şurasının, İdarə Heyətinin və müfəttişin seçilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakıyoltexnikatəmir” ASC 2005-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi