Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
29 Noyabr , 2024 11:00
Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

"Report" agentliyə istinadən xəbər verir ki, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 182-ə çatıb.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri "Navimax" MMC - GPS izləmə platforması, fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi, “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq, “Oenva” MMC - onlayn intellektual oyun platforması, "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma, “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma, “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma və “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiqdir.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi