Azərbaycanda daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
15 Sentyabr , 2021 09:10
Azərbaycanda daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, bunlar "VATT" MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsi üçün “Powerbank rental” layihəsi, "ALT SERVİCE" MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və "TECHFİN" MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir.

“Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.

İndiyə qədər KOBİA 14 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.

Mikro və kiçik sahibkarlar “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi əldə etmək üçün müraciət forması, lazım olan sənədlər və müvafiq meyarlarla bağlı ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi