Azərbaycanda daha 4 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi alıb

Azərbaycanda daha 4 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi alıb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
6 Dekabr , 2022 15:02
Azərbaycanda daha 4 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi alıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.

“Startap” şəhadətnamələri "VR Home" MMC-nin virtual reallığa əsaslanan onlayn platforma (marketpleys), "Probill" MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, "Blokchain Academy" MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Son xəbərlər

Orphus sistemi