Azərbaycanda daha 26 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 26 dövlət əmlakı özəlləşdirilib ƏMDK tərəfindən növbəti hərrac dekabrın 20-də keçiriləcək
Biznes
13 Dekabr , 2016 12:32
Azərbaycanda daha 26 dövlət əmlakı özəlləşdirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən "Report"a verilən xəbərə görə, hərracda ümumilikdə 26 dövlət əmlakı olmaqla, 7 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Budəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 mln. manat vəsaitin köçürülməsi təmin ediləcək.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkidə, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımçıq tikili isə Füzulidə yerləşir. Hərracda paytaxtın Səbail rayonunda yerləşən 59 saylı mağaza 60 min manata, Gəncə şəhərində yerləşən 65 saylı və 39 saylı mağazalar müvafiq olaraq 55 min və 40 min manata özəlləşdirilib.

Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac dekabrın 20-də keçiriləcək. Bu hərraca çıxarılan 84 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 32-si istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsidir.

Son xəbərlər

Orphus sistemi