Azərbaycanda daha 180 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 180 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək
Biznes
5 İyun , 2017 15:04
Azərbaycanda daha 180 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Bakı. 5 iyun. REPORT.AZ/ İyulun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Komitədən “Report”a verilən məlumata görə, hərraca 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyəti, 14-ü isə nəqliyyat vasitəsi olmaqla 180 dövlət əmlakı çıxarılıb.

Bunlardan 71-i Bakıda, 109-u isə bölgələrdə yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid paytaxt və bölgə müəssisələri var. Bunlara “Zaqatala Fındıq”, “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və s. aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri isə paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 24 - 147 min kv.m arasında dəyişir və məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddirlər.

Torpaq sahəsi 18,35 min kv.m, ümumi faydalı sahəsi isə 3,881 kv.m təşkil edən Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. Gəncədəki 40 saylı yeməkxana isə fəaliyyəti yenidən qurulmaqla daha çox gəlir gətirə bilər. 

Son xəbərlər

Orphus sistemi