Azərbaycanda daha 13 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda daha 13 dövlət əmlakı hərraca çıxarılacaq Fevralın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək.
Biznes
7 Yanvar , 2021 11:10
Azərbaycanda daha 13 dövlət əmlakı hərraca çıxarılacaq

Fevralın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac keçirəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, hərraca 13 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2Xejx3T)

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Son xəbərlər

Orphus sistemi