Azərbaycanda bu il elektron qaydada 900-ə yaxın lisenziya verilib

Azərbaycanda bu il elektron qaydada 900-ə yaxın lisenziya verilib Bu il Azərbaycanda elektron qaydada 23 fəaliyyət növü üzrə 900-ə yaxın lisenziya verilib.
Biznes
6 Dekabr , 2022 11:40
Azərbaycanda bu il elektron qaydada 900-ə yaxın lisenziya verilib
Elçin İbrahimov

Bu il Azərbaycanda elektron qaydada 23 fəaliyyət növü üzrə 900-ə yaxın lisenziya verilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov "Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək" layihəsinin bağlanış mərasimində bildirib.

“Elektron lisenziyalar 2018-ci ildən bəri verilir. Bu il verilmiş lisenziyalarin hamısı elektron qaydada təqdim edilib. Hazırda 10 mindən çox qüvvədə olan lisenziya var. Bunların elektron bazaya inteqrasiyası istiqamətində iş aparılır, artıq 20 %-i elektron bazadadır. Hədəfimiz budur ki, lisenziyalar həm “ASAN Xidmət”, həm də KOB evləri vasitəsilə verilsin”, - o deyib.

Son xəbərlər

Orphus sistemi