Azərbaycanda antiinhisar sahəsində innovativ idarəetmə üçün prezident fərmanının layihəsi hazırlanıb

Azərbaycanda antiinhisar sahəsində innovativ idarəetmə üçün prezident fərmanının layihəsi hazırlanıb 2023-cü ildə Azərbaycanda "Antiinhisar, haqsız rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında" prezident fərmanının layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib.
Biznes
18 Yanvar , 2024 11:01
Azərbaycanda antiinhisar sahəsində innovativ idarəetmə üçün prezident fərmanının layihəsi hazırlanıb

2023-cü ildə Azərbaycanda "Antiinhisar, haqsız rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında" prezident fərmanının layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti layihəni aidiyyəti dövlət orqanları ilə razılaşdırmaq məqsədi ilə onlara göndərib.

"Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramının da ilkin layihəsi hazırlanıb, razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Dövlət orqanlarının təqdim etdiyi rəylər və təkliflər əsasında layihə yenidən işlənilib və Nazirlər Kabinetinə təqdim edilib. "Ticarət fəaliyyəti haqqında" qanunun ilkin layihəsinə dair aidiyyəti qurumlar rəylər təqdim edib. Rəylər əsasında qanun layihəsi təkmilləşdirilib. Nazirlər Kabinetinə təqdim ediləcək", - deyə M.Abbasbəyli əlavə edib.

Son xəbərlər

Orphus sistemi