Azərbaycanda aksiz vergisindən azad olan spirtli içkilərin həcmi 2 dəfə azaldılıb - YENİLƏNİB

Azərbaycanda aksiz vergisindən azad olan spirtli içkilərin həcmi 2 dəfə azaldılıb - YENİLƏNİB İlk xəbər saat 12:42-də verilib
Biznes
29 İyun , 2018 13:09
Azərbaycanda aksiz vergisindən azad olan spirtli içkilərin həcmi 2 dəfə azaldılıb - YENİLƏNİB

İlk xəbər saat 12:42-də verilib

Bakı. 29 iyun. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunaraq təsdiqlənib. 

"Report" xəbər verir ki, dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

Maliyyə naziri Samir Şərifov bildirib ki, bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Son xəbərlər

Orphus sistemi