Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Biznes
  • 21 avqust, 2024
  • 12:57
Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55 %-i qadın sahibkarların payına düşüb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, 7 ay ərzində Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit ayrılıb.

7 ay ərzində SİF sahibkarların 3 252 layihəsinə 119 milyon manat güzəştli kredit verib.