Azərbaycanda 5 səhmdar cəmiyyətinin səhm paketi hərraca çıxarılacaq

Azərbaycanda 5 səhmdar cəmiyyətinin səhm paketi hərraca çıxarılacaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 2-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclar keçiləcək.
Biznes
16 İyul , 2022 11:51
Azərbaycanda 5 səhmdar cəmiyyətinin səhm paketi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 2-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclar keçiləcək.

"Report" quruma istinadən xəbər verir ki, ilk hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, növbəti hərraca isə 7 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 17 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kafe, yardımçı təsərrüfat, mağaza, kənd klubu, anbar, yeraltı dayanacaq və digər təyinatlı obyektlər vardır. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2011-ci illəri əhatə edir.

Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış olmaq mümkündür. ( https://bit.ly/3mmNVpB )

Son xəbərlər

Orphus sistemi