Azərbaycanda 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

Azərbaycanda 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edib.
Biznes
25 Avqust , 2023 10:52
Azərbaycanda 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qurum Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” və “Azərsu” ASC-lər, “Bakı Metropoliteni” və “Azərbaycan Hava Yolları” QSC-lərin tabeliyindəki müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğu) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirir. Bu zaman məcburi metroloji və texniki tələblərə uyğun olmayan, o cümlədən yoxlamadan keçirilməmiş və tipi təsdiq olunmamış ölçmə vasitələrinin istifadə olunması halları aşkarlanıb. Nöqsanların aradan qaldırılması məqsədilə Dövlət Xidməti sözügedən qurumlara müraciət ünvanlayıb.

“Azərişıq”, “Azərsu” və “Azərbaycan Hava Yolları” çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə əsasən tədbirlər görüb və nəticələri barədə Dövlət Xidmətinə məlumat verib. Digər qurumlar isə nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini davam etdirir.

Xatırladaq ki, yoxlamaya ümumilikdə 11 mindən çox ölçmə vasitəsi cəlb olunub. O cümlədən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516, “Azərişığ”ın tabeliyində olan 2 müəssisədə 12, “Azərsu”yun tabeliyində olan 7 müəssisədə 259, "Azərbaycan Hava Yolları"nın tabeliyində olan 5 müəssisədə 165, "Azərbaycan Dəmir Yolları"nın tabeliyində olan 59 müəssisədə 3 481, “Bakı Metropoliteni”ndə isə 6 713 ölçmə vasitəsi yoxlamadan keçirilib.

Son xəbərlər

Orphus sistemi