Azərbaycanda 43 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 43 dövlət əmlakı özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 yanvar tarixində keçirdiyi növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb.
Biznes
11 Yanvar , 2023 14:56
Azərbaycanda 43 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.

Hərracda “Bakavtoservis” və "Goranboy Aqrotexservis" ASC-lərinin 30 %-lik səhm paketi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 7 000 manatadək yüksəlib. İlkin start qiyməti 1 000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4 600 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: https://bit.ly/30SU4lu

Növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Son xəbərlər

Orphus sistemi