Azərbaycanda 4 ayda dövlət satınalmaları ilə bağlı 195 protokol ləğv edilib

Azərbaycanda 4 ayda dövlət satınalmaları ilə bağlı 195 protokol ləğv edilib Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 1 824 yekun protokol təhlil olunub.
Biznes
2 İyun , 2023 10:08
Azərbaycanda 4 ayda dövlət satınalmaları ilə bağlı 195 protokol ləğv edilib

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 1 824 yekun protokol təhlil olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 195 yekun protokol ləğv edilib.

Son xəbərlər

Orphus sistemi