Azərbaycanda 4 ayda dövlət satınalmaları ilə bağlı 195 protokol ləğv edilib

Biznes
  • 02 iyun, 2023
  • 06:08
Azərbaycanda 4 ayda dövlət satınalmaları ilə bağlı 195 protokol ləğv edilib

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 1 824 yekun protokol təhlil olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 195 yekun protokol ləğv edilib.