Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Biznes
13 Fevral , 2018 14:19
Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib
Report

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda 33 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə isə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi sahibini tapıb.

Əmlaklardan 7-si üzrə 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. 

Son xəbərlər

Orphus sistemi