Azərbaycanda 2 milyon manat nizamnamə kapitallı "Ağır Atletika Mərkəzi" yaradılıb

Biznes
  • 02 mart, 2023
  • 13:35
Azərbaycanda 2 milyon manat nizamnamə kapitallı Ağır Atletika Mərkəzi yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Ağır Atletika Mərkəzi" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Bağlar küçəsi, ev 3, nizamnamə kapitalı 1 713 420 manat, qanuni təmsilçisi isə Əmirbəy Sənan oğlu Sultanovdur.