Azərbaycanda 2 fiziki şəxs ən yaxşı ixracatçıların top-10-luğuna daxil olub

Azərbaycanda 2 fiziki şəxs ən yaxşı ixracatçıların top-10-luğuna daxil olub Bu ilin yanvar-avqust aylarında Azərbaycanda özəl sektora aid ən yaxşı qeyri-neft ixracatçısı “MKT İstehsalat Kommersiya” MMC olub.
Biznes
30 Sentyabr , 2021 11:36
Azərbaycanda 2 fiziki şəxs ən yaxşı ixracatçıların top-10-luğuna daxil olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda özəl sektora aid ən yaxşı qeyri-neft ixracatçısı “MKT İstehsalat Kommersiya” MMC olub.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.

Sənədə əsasən, növbəti yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “Local Garden” MMC, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, eləcə də 2 fiziki şəxs Təyyar Hidayət oğlu Hidayətov və İlqar Südgül oğlu Cəfərov qərarlaşıb.

8 ay ərzində dövlət sektoruna aid ən yaxşı qeyri-neft ixracatçısı isə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi olub. Növbəti yerlərdə isə “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC və “Naxçıvan MR Dövlət Energetika Xidməti” qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi