Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
Biznes
12 Aprel , 2022 17:50
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, dövlət əmlaklarına ümumilikdə 43 sifariş qəbul olunub. Bu dəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Özəlləşdirilən avtomobillərin istehsal tarixi 1986-2007-ci illəri əhatə edir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3E3F0kH )

Bu ay daha 4 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər bei ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi