Noyabrın 15-də və 22-də İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə hərracları keçirərək 104 dövlət əmlakını investorlara təklif edəcək.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, ilk hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, növbəti hərraca isə 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Onların çoxu torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (