Azərbaycanda 1 000-dən çox vətəndaş "yetenekkapısı"ndan istifadə edir

Biznes
  • 22 iyun, 2023
  • 08:31
Azərbaycanda 1 000-dən çox vətəndaş yetenekkapısından istifadə edir
Salim Atay

Türkiyədə insanların özünə iş tapması, uğurlu karyera qurması üçün istifadəyə verilmiş "yetenekkapısı" sistemindən Azərbaycanda da istifadə olunur.

"Report" xəbər verir ki, bunu qonşu ölkənin İnsan Resursları Ofisinin sədri Salim Atay İnsan Bakıda keçirilən İnsan Resursları Zirvəsində - "Yeni səhifəyə keç" mövzusundakı paneldə bildirib.

"Yetenekkapısı" karyera platformalarından biridir, işəgötürənlərlə işaxtaranları əlaqələndirir. Azərbaycanda 1 000-dən çox vətəndaş ondan istifadə edir", - deyə S.Atay qeyd edib.