Azərbaycana “zərli” içməli su idxal ediləcək

Biznes
  • 17 dekabr, 2021
  • 08:49
Azərbaycana “zərli” içməli su idxal ediləcək

Özbəkistanın premium dərəcəli içməli su istehsal edən OCARD şirkəti Azərbaycana məhsul ixrac etməyi nəzərdə tutur.

Bunu “Report”a şirkətin satış meneceri Hüsən Şəbilov bildirib.

“Suyun nadir xüsusiyyəti saf 24 karatlıq qızıl qatqısının olmasıdır. Həmin qızıl zərrələri insan üçün təhlükəsizdir və səhhətə müsbət təsir göstərir. Daşkənd vilayətində yerləşən Ağdaş dağından hasil olunan su 7 qat təmizləmədən keçdikdən sonra qızıl və bəzi mineral maddələr qatılır. Bu suyun təbii mineral tərkibi maqnium, kalsium, kükürd və xlor duzları və s. maddələrdən ibarətdir”, – deyib.

İş adamı bildirib ki, şirkət nisbətən yeni yaradılsa da, artıq məhsullarını qonşu Qazaxıstan və Qırğız Respublikasına ixrac edir: “Suyun Azərbaycana ixracına dair danışıqlar gedir. Fikrimizcə, tərkibində qızıl olan mineral su həm iş adamlarını, həm də alıcıları cəlb edəcək. Premium dərəcəli mineral suyun ilk partiyasını 2022-ci ilin birinci rübündə tədarük etməyi düşünürük”.

Son xəbərlər

Bütün Xəbər Lenti