Azərbaycana Türkiyədən yaş meyvə və tərəvəz idxalını artırıb

Biznes
  • 17 iyun, 2024
  • 13:20
Azərbaycana Türkiyədən yaş meyvə və tərəvəz idxalını artırıb

Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 12 milyon 443 min ABŞ dolları dəyərində yaş meyvə və tərəvəz ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 51 % çoxdur.

Həmçinin cari ilin may ayında Türkiyədən ölkəmizə 1 milyon 304 min ABŞ dolları dəyərində yaş meyvə və tərəvəz gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 5,9 % azdır.

44 filmi