Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 27 % azalıb
- 24 iyun, 2024
- 13:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“Merano-Baku” ASC 2023-cü ili 2,215 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 26,9 % azdır.
Ötən il “Merano-Baku”nun vergiyəqədərki mənfəəti 2,768 milyon manat, mənfəət vergisi ödəmələri isə 554 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Merano-Baku”nun aktivləri 16,792 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,5 % artaraq 14,07 milyon manata çatıb, balans kapitalı isdə 2,3 dəfə azalaraq 2,722 milyon manata düşüb.
“Merano-Baku” 2016-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Səhmləri 100 % Namiq Əsgərova məxsus olan şirkət Azərbaycanda qida məhsullarının idxalı ilə məşğuldur.