Azərbaycana qanunsuz yolla gətirilən siqaret aşkarlandı - VİDEO

Azərbaycana qanunsuz yolla gətirilən siqaret aşkarlandı - VİDEO Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb.
Biznes
14 Aprel , 2020 12:24
Azərbaycana qanunsuz yolla gətirilən siqaret aşkarlandı - VİDEO

Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.

Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69 800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi