Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək

Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsi yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək.
Biznes
12 Mart , 2022 14:13
Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsi yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabata görə, “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsinin hazırlanması üzrə işlər yekunlaşıb.

Qeyd edilib ki, “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsi vasitəsilə investorların müraciətləri asanlaşdırılacaq. Bu addımlar Azərbaycanda investisiya yatırımını genişləndirəcək.

Son xəbərlər

Orphus sistemi