Azərbaycana iki ölkədən xurma idxalı bərpa edilib

Biznes
  • 06 mart, 2023
  • 10:41
Azərbaycana iki ölkədən xurma idxalı bərpa edilib

Ötən il Azərbaycan 10,6 milyon ABŞ dolları dəyərində 7 min 395 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 0,9 % çoxdur.

Hesabat dövründə İrandan 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,1 % çoxdur) 5 min 786 ton (-1 %), Tunisdən 1,6 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 854 ton (+2,2 dəfə), İsraildən 1,2 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 163 ton (+2,1 dəfə), Əlcəzairdən 946 min ABŞ dolları dəyərində (-27 %) 515 ton (-27 %), Fələstindən 277 min ABŞ dolları dəyərində (-28 %) 40 ton (-27 %) məhsul gətirilib.

Üç il 7 aylıq fasilənin ardından İordaniyadan (3,1 min ABŞ dolları dəyərində 0,4 ton) və 2 il 9 aylıq aradan sonra Lüksemburqdan (0,7 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük bərpa edilib.

2021-ci ildə xaricdən (12 ölkədən) aldığımız 7 min 331 ton xurmanın 80 %-i İranın, 9,6 %-i Əlcəzairin, 6,7 %-i Tunisin payına düşüb.

44 filmi