Azərbaycana iki ölkədən şaftalı idxalı bərpa edilib
- 09 mart, 2023
- 07:54
2022-ci ildə Azərbaycan 32,85 milyon ABŞ dolları dəyərində 26 min 608 ton şaftalı (nektarinlər daxil olmaqla) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Rusiyaya 32,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,7 % çoxdur) 26 min 206 ton (+15 %), Belarusa 350,4 min ABŞ dolları dəyərində (+22 dəfə) 214,4 ton (+13 dəfə) və Qazaxıstana 94 min ABŞ dolları dəyərində (+18 %) 187 ton (+1,5 %) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana xaricdən 300 min ABŞ dolları dəyərində (-59 %) 177 ton (-63 %) şaftalı gətirilib.
Türkiyədən 185,6 min ABŞ dolları dəyərində (-47 %) 100,5 ton (-44 %), Gürcüstandan 74,7 min ABŞ dolları dəyərində (-78 %) 58,3 ton (-80 %), Rusiyadan 24 min ABŞ dolları dəyərində 16 ton, Çilidən 9,5 min ABŞ dolları dəyərində (+23,4 %) 1,2 ton (-25 %), Cənubi Afrikadan 5,9 min ABŞ dolları dəyərində (+18 %) 0,8 ton (-25 %) və Lüksemburqdan 0,04 min ABŞ dolları dəyərində 0,01 ton məhsul idxal edilib.
Üç il 11 ayın tamamında Lüksemburqdan, 2 il 4 aylıq fasilənin ardından Rusiyadan tədarük bərpa edilib.