Azərbaycana iki ölkədən pul maşınlarının idxalı bərpa edilib

Biznes
  • 21 yanvar, 2023
  • 12:12
Azərbaycana iki ölkədən pul maşınlarının idxalı bərpa edilib

Ötən ilin ilk 11 ayında Azərbaycana 4,1 milyon ABŞ dolları dəyərində 62 min 886 ədəd pul maşını (pulların çeşidlənməsi, hesablanması və bağlanması üçün) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə çoxdur, kəmiyyət olaraq – 33 % azdır.

Hesabat dövründə Almaniyadan 1,688 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,8 dəfə çoxdur) 116 ədəd (+25 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 38 min 153 ədəd (-55 %), Koreyadan 408 min ABŞ dolları dəyərində (+4,1 %) 216 ədəd (-23 %), Rusiyadan 400 min ABŞ dolları dəyərində (+8,5 dəfə) 116 ədəd (+27,5 %), Ukraynadan 209 min ABŞ dolları dəyərində (-38 %) 30 ədəd (-95,3 %) cihaz alınıb.

Üç ilin tamamında İsveçrədən, 1 il 2 aylıq fasilənin ardından İsveçdən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 7,32 min ABŞ dolları dəyərində 1 ədəd və 0,98 min ABŞ dolları dəyərində 4 ədəd pul maşını gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti