Azərbaycana gələn əcnəbilər bu ilin 8 ayında bank kartları ilə 863 milyon manat xərcləyib

Azərbaycana gələn əcnəbilər bu ilin 8 ayında bank kartları ilə 863 milyon manat xərcləyib Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min nəfər, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Biznes
27 Sentyabr , 2019 15:38
Azərbaycana gələn əcnəbilər bu ilin 8 ayında bank kartları ilə 863 milyon manat xərcləyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min nəfər, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı"nda bildirilir.

Məlumata görə, xariclər bu ilin 8 ayında bank kartları ilə 862,9 milyon manatlıq əməliyyat aparıb. Bu rəqəm təkcə avqust ayında isə 137,4 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi