Azərbaycana ət idxalı illik 10% artıb

Azərbaycana ət idxalı illik 10% artıb Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.
Biznes
2284
2 Yanvar , 2019 11:04
Azərbaycana ət idxalı illik 10% artıb

Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb.

Beləliklə, 2018-ci ilin ilk on bir ayı ərzində ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib.

Komitənin məlumatına əsasən, bu müddətdə ölkədən 1 029 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib.

Bundan başqa, rəsmi məlumata əsasən, hesabat dövründə ölkəyə 51 945 min dollar dəyərində diri heyvan idxal olunub, ixrac isə bu müddətdə cəmi 386 min dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi