Azərbaycana ən çox ixrac sifarişi edən ölkələr açıqlanıb

Azərbaycana ən çox ixrac sifarişi edən ölkələr açıqlanıb Bu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 mln. dollar), Türkiyəyə (48,6 mln.dollar) və Gürcüstana (12 mln. dollar) ixrac edilib.
Biznes
1 İyun , 2019 15:39
Azərbaycana ən çox ixrac sifarişi edən ölkələr açıqlanıb

Bu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 mln. dollar), Türkiyəyə (48,6 mln.dollar) və Gürcüstana (12 mln.  dollar) ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilir.

Məlumata görə, 2019-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (24 mln.  dollar) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 mln. dollar) üçüncü olub. 

Son xəbərlər

Orphus sistemi