Azərbaycana dörd ölkədən qızılbalıq idxalı bərpa edilib
- 12 yanvar, 2023
- 05:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2,9 milyon ABŞ dolları dəyərində 451,5 ton qızılbalıq (təzə və dondurulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Çilidən 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82,3 % çoxdur) 262,3 ton (+46,3 %), Norveçdən 829 min ABŞ dolları dəyərində (+76,4 %) 127,6 ton (+62 %), Lüksemburqdan 290 min ABŞ dolları dəyərində (+53 %) 18,4 ton (+33 %), Farer adalarından 48 min ABŞ dolları dəyərində 25,6 ton, Kanadadan 40,7 min ABŞ dolları dəyərində 13,6 ton, Türkiyədən 27 min ABŞ dolları dəyərində 4 ton, Niderlanddan 0,3 min ABŞ dolları dəyərində 0,02 ton və Birləşmiş Ərəb Əmirliklərindən 0,1 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) balıq alınıb.
Altı il 6 aylıq aradan sonra Farer adalarından, 4 il 3 ayın tamamında Niderlanddan, 3 il 1 aylıq fasilənin ardından Türkiyədən və 2 il 7 aydan sonra Kanadadan tədarük bərpa edilib.