Azərbaycana dörd ölkədən ananas tədarükü bərpa edilib

Biznes
  • 17 mart, 2023
  • 07:24
Azərbaycana dörd ölkədən ananas tədarükü bərpa edilib

Ötən il Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 2 min 140 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Kosta-Rikadan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,2 % çoxdur) 1 min 900 ton (+18,3 %), Tailanddan 240 min ABŞ dolları dəyərində (+74,4 %) 66 ton (+75 %), İndoneziyadan 68 min ABŞ dolları dəyərində 80 ton, Çindən 52 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 14 ton (+2,3 dəfə), Keniyadan 51 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 60 ton (+2,9 dəfə) məhsul alınıb.

Azərbaycana Cənubi Afrikadan (1,2 min ABŞ dolları dəyərində 0,2 ton), Fransadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton), Türkiyədən (0,3 min ABŞ dolları dəyərində 0,2 ton) və İndoneziyadan idxal bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Perudan (0,8 min ABŞ dolları dəyərində 0,9 ton) tədarük həyata keçirilib.