Azərbaycana daha bir ölkədən şveller tədarükünə başlanılıb
- 17 mart, 2023
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana 5,1 milyon ABŞ dolları dəyərində 5 min 605 ton şveller idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 9 % azdır.
Hesabat dövründə İrandan 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 3 min ton (+68 %), Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (-17 %) 1 min 592 ton (-28 %), Türkiyədən 932 min ABŞ dolları dəyərində (-12 %) 746 ton (-8 %), Ukraynadan 171,3 min ABŞ dolları dəyərində (-84 %) 174 ton (-86 %), Cənubi Koreyadan 45 min ABŞ dolları dəyərində 23 ton məmulat gətirilib.
Altı il 7 ayın tamamında Rumıniyadan (40,4 min ABŞ dolları dəyərində 35,12 ton) və 2 il 2 aydan sonra Cənubi Koreyadan tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyadan (2 min ABŞ dolları dəyərində 0,04 ton) idxal həyata keçirilib.