Azərbaycana daha 5 ölkədən şüşə tara idxalına başlanılıb

Biznes
  • 26 yanvar, 2023
  • 13:29
Azərbaycana daha 5 ölkədən şüşə tara idxalına başlanılıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 31 milyon ABŞ dolları dəyərində 160,4 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 51 % çoxdur.

Hesabat dövründə Rusiyadan 25,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 132 milyon ədəd (+52 %), Gürcüstandan 2 milyon ABŞ dolları dəyərində (+99 %) 13 milyon ədəd (+83 %), Türkiyədən 1,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 5,2 milyon ədəd (+90 %), Ukraynadan 364 min ABŞ dolları dəyərində (-61 %) 1,2 milyon ədəd (-74 %), Qırğızıstandan 301 min ABŞ dolları dəyərində 395,6 min ədəd məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Andora, Estoniya, Honkonq, İsrail və Qırğızıstandan tədarük həyata keçirilib.

Azərbaycan Andoradan 0,1 min ABŞ dolları dəyərində 0,02 min ədəd, Estoniyadan 0,6 min ABŞ dolları dəyərində 0,03 ədəd, Honkonqdan 4,2 min ABŞ dolları dəyərində 0,2 min ədəd və İsraildən 0,35 min ABŞ dolları dəyərində 0,01 min ədəd şüçə tara idxal edib.