Azərbaycana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Biznes
  • 09 dekabr, 2023
  • 11:12
Azərbaycana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Bu il yanvar-noyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 12,517 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 3 milyard 456,317 milyon ABŞ dollar dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 6,1 % çoxdur.

11 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracı Yaxın Şərq ölkələrinə (1 milyard 805,995 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 0,6 % çoxdur.

Onları Afrika ölkələri (774,530 milyon ABŞ dolları) və Amerika ölkələri (401,073 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 0,3 % az və 1,5 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti