Azərbaycana bir ölkədən kömür idxalı bərpa edilib

Biznes
  • 21 yanvar, 2023
  • 08:06
Azərbaycana bir ölkədən kömür idxalı bərpa edilib

2022-ci ilin ilk 11 ayında Azərbaycan xaricdən 3,337 milyon ABŞ dolları dəyərində 17 min 453 ton kömür (antrasit, bitumlaşmış və digər) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 11,4 % azdır.

Hesabat dövründə Rusiyadan 3,285 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 17 min 393 ton (-11 %), Türkiyədən 23,39 min ABŞ dolları dəyərində (+93,4 %) 30,2 ton (+2,5 dəfə), Hindistandan 15 min ABŞ dolları dəyərində (+83 %) 5 ton (-50 %), İrandan 6,91 min ABŞ dolları dəyərində 23 ton, Səudiyyə Ərəbistanından 4 min ABŞ dolları dəyərində 0,27 ton və Çindən 2,24 min ABŞ dolları dəyərində (+28 dəfə) 2,25 ton (+56 dəfə) məhsul gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib. Üç il 6 aylıq fasilənin ardından İrandan idxal bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti