Azərbaycana beş ölkədən gül idxalı bərpa edilib
- 06 mart, 2023
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana xaricdən 5,9 milyon ABŞ dolları dəyərində 6 milyon 715 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus, digər) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 % çoxdur, kəmiyyət olaraq – 22,5 % azdır.
Evkadordan 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 % çoxdur) 2 milyon 281 min ədəd (-5 %), Niderlanddan 973 min ABŞ dolları dəyərində (+9,3 %) 701 min ədəd (-2 %), Kolumbiyadan 653 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 436 min ədəd (+84 %), Keniyadan 292 min ABŞ dolları dəyərində (+3 dəfə) 241 min ədəd (+2,5 dəfə), Türkiyədən 227 min ABŞ dolları dəyərində (-18 %) 2 milyon 553 min ədəd (-46 %) gül alınıb.
Azərbaycana Xorvatiyadan (0,6 min ABŞ dolları dəyərində 0,6 min ədəd), İrlandiyadan (0,04 min ABŞ dolları dəyərində 0,1 min ədəd), Macarıstandan (0,8 min ABŞ dolları dəyərində 0,4 min ədəd), Rusiyadan (7,2 min ABŞ dolları dəyərində 17 min ədəd), Yaponiyadan (0,35 min ABŞ dolları dəyərində 0,2 min ədəd) idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyadan (0,02 min ABŞ dolları dəyərində 0,01 min ədəd) və Fələstindən (1,6 min ABŞ dolları dəyərində 0,1 min ədəd) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycandan 301 min ABŞ dolları dəyərində (+3 dəfə) 2 milyon 256 min ədəd (+3,4 dəfə) gül (kəsilmiş təzə qərənfil, xrizantema, qladiolus, digər) ixrac edilib.
Rusiyaya 284 min ABŞ dolları dəyərində (+3 dəfə) 2 milyon 255 min ədəd (+3,5 dəfə) və Gürcüstana 16,8 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 1,2 min ədəd (-89 %) gül gətirilib.