Azərbaycana altı ölkədən bijuteriya idxalı bərpa edilib
- 07 mart, 2023
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 107 min 117 kiloqram bijuteriya idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 33 % çoxdur.
Hesabat dövründə Çindən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 60 min 683 kiloqram (+13,2 %), Türkiyədən 424 min ABŞ dolları dəyərində (+55 %) 43 min 304 kiloqram (+73 %), İtaliyadan 152 min ABŞ dolları dəyərində (+35 %) 184 kiloqram (+75 %), Tailanddan 147 min ABŞ dolları dəyərində (+40 %) 154,2 kiloqram (-35 %), Hindistandan 57 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 1 min 486 kiloqram (+5,1 dəfə) məhsul gətirilib.
Azərbaycana Gürcüstandan (0,3 min ABŞ dolları dəyərində 0,8 kiloqram), İsraildən (0,1 min ABŞ dolları dəyərində 0,9 kiloqram), Malayziyadan (0,4 min ABŞ dolları dəyərində 5,8 kiloqram), Portuqaliyadan (0,6 min ABŞ dolları dəyərində 0,2 kiloqram), Sinqapurdan (0,4 min ABŞ dolları dəyərində 0,04 kiloqram) və Yaponiyadan (3,8 min ABŞ dolları dəyərində 3,9 kiloqram) idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (0,03 min ABŞ dolları dəyərində 0,3 kiloqram) və Nepaldan (0,7 min ABŞ dolları dəyərində 9 kiloqram) tədarük həyata keçirilib.