Azərbaycana 3 ölkədən buldozer idxalı bərpa edilib

Biznes
  • 14 mart, 2023
  • 08:21
Azərbaycana 3 ölkədən buldozer idxalı bərpa edilib

Ötən il ərzində Azərbaycana xaricdən 14,7 milyon ABŞ dolları dəyərində 101 ədəd buldozer gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 10,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 69 ədəd (+86 %), Braziliyadan 1,62 milyon ABŞ dolları dəyərində (+60 %) 7 ədəd (+40 %), Yaponiyadan 1,12 milyon ABŞ dolları dəyərində (-75 %) 12 ədəd (-30 %), Tailanddan 817,2 min ABŞ dolları dəyərində (+1,5 %) 4 ədəd (+33,3 %), Amerika Birləşmiş Ştatlarından 458 min ABŞ dolları dəyərində (-84 %) 3 ədəd (-77 %) buldozer alıb.

Altı il 8 ayın tamamında Almaniyadan (65 min ABŞ dolları 1 ədəd), 6 il 5 aylıq fasilənin ardından İtaliyadan (36,1 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 8 aydan sonra Koreyadan (258 min ABŞ dolları dəyərində 4 ədəd) tədarük bərpa edilib.

44 filmi